Fiziki şəxs Taleh Babayev “Metallurq” İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilir.
İdman Kompleksinin alınması üçün iki iddiaçı tərəfindən təkliflər təqdim edilib. Müsabiqə Komissiyasının üzvlərinin açıq səsvermə yolu ilə qəbul etdiyi qərara əsasən, fiziki şəxs Taleh Babayev “Metallurq” İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib”, - deyə məlumatda qeyd edilir.
İnvestisiya müsabiqəsinin qalibi 3 ay ərzində 350 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb.
Nəzərdə tutulan investisiyalar idman kompleksinin futbol meydançasının tribunasındakı oturacaqların təmiri və boyanması, meydançanın abadlaşdırılması və işıqlandırılması, eləcə də soyunub-geyinmə və duş otaqlarının təmiri işlərinə, yeni iş yerlərinin yaradılmasına yönəldiləcək.
Həmçinin, müsabiqənin qalibi ən azı 100 min manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələri təsdiqləndiyi andan etibarən 30 gündən gec olmayaraq imzlanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulan vəsaiti 60 gün ərzində dövlət büdcəsinə, investisiyanın elan olunmuş həcminin 5%-ni 90 gün ərzində kompleksin hesabına köçürməlidir.
“Metallurq” İdman Kompleksi Gəncə şəhərində yerləşir.
2012-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, kompleksin heç bir maliyyə öhdəliyi və debitor borcu yoxdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət