20 il bloka şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında (MR) dəmir yolu infrastrukturu qorunub və inkişaf edir. Bu barədə Naxçıvan MR-nın Ali Məclisin sədri Vasif Talıbov “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binasının istismara verilməsi mərasimində bəyan edib.
“Azərbaycanda, həmçinin Naxçıvan MR-da dəmiryol nəqliyyatının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev həmçinin, dəmir yolunun inkişafına xüsusi diqqət ayırır”, - deyə V.Talıbov qeyd edib.
Ali Məclisin sədri vurğulayıb ki, ötən il ərzində “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı”nın icrası istiqamətində mühüm tədbirlər həyata keçirilib.
“20 ildir blokada şəraitində yaşayan Naxçıvan MR-nın dəmir yolu əlaqəsi ölkənin digər hissəsi ilə əlaqəsi kəsilib. Lakin buna baxmayaraq, muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılıb və inkişaf etdirilir”, – deyə Naxçıvan MR-nın başçısı bildirib.
Qeyd edilib ki, ötən dövr ərzində “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə fəaliyyət nəticəsində Naxçıvan dəmir yollarında təmir-bərpa işləri aparılıb. Qarşıdakı illərdə Naxçıvan-Qars dəmir yolunun inşası nəzərdə tutulub. Belə ki, martın 7-də Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşündə qəbul olunan bəyanata əsasən, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi imkanları nəzərdən keçirilir.
Mərasimdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da uğurlu islahatlar həyata keçirilir, yüksək nailiyyətlər əldə edilir. Nəqliyyat sektorunun mühüm sahəsi olan dəmir yollarında təhlükəsizliyin gücləndirilməsi və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O vurğualyıb ki, dəmir yolları sisteminin maddi-texniki bazasının gücləndirilməsi və yüksək standartlara cavab verən avadanlıqlarla təchizatı da diqqət mərkəzində saxlanılır, yeni dəmir yolu xətləri çəkilir, köhnə yollar yenidən qurulur. Arif Əsgərov qeyd edib ki, bu işlər Naxçıvan MR-da uğurla həyata keçirilir və bu sahədə əldə olunan nailiyyətlər Muxtar Respublikanın sosial-iqtisadi tərəqqisinin tərkib hissəsi kimi dəyərləndirib.
Yeni üç mərtəbədən ibarət Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binasında iş üçün müasir şəraitlər yaradılıb.
Həmin gün Ali Məclisin sədri əsaslı təmirdən sonra müasir avadanlıqla təchiz edilən təmir deposu və radio-rabitə sexi üzrə Culfa Lokomotiv Deposunun, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzinin açılışında iştirak edib, Ordubad sərnişin vağzalı binasının tikinti layihəsi ilə tanış olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət