Kompüter informasiyasına qanunsuz daxil olaraq bank hesablarından külli miqdarda pul vəsaitləırinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin (İƏM) məlumatına görə, 4 Azəirbaycan vətəndaşları 2008-2011-ci illər ərzində kompüter vasitəsilə fiziki və hüquqi şəxslərin bank hesablarından böyük məbləğdə pul vəsaiti çıxarıblar.
Müəyyən edilib ki, Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı digərləri ilə birgə mütəşəkkil dəstə yaradaraq xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid məlumatların İnternet vasitəsilə qanunsuz əldə edərək bank hesablarından pul cıxarıblar.
MTN-nin İƏM-in məlumatına əsasən, həmçinin müəyyən edilib ki, bu şəxslər Moskvada qeydiyyatdan keçirilən sayt vasitəsilə ABŞ-da fəaliyyət göstərən bankların əmanətçilərinə məxsus elektron hesablar barədə məlumatlat əldə ediblər. Dəstə 2011-ci ilin yanvar-fevral ayları ərzində bu bankların hesablarından digər hesablara 6,18 min manat məbləğ köçürüb.
Bundan başqa, bu şəxslər xarici ölkə vətəndaşlarının “Visa” və “Mastercard” elektron plastik kartlarındakı məlumatlar vasitəsilə 9,3 min manatı götürüb bu vəsaitə “Apple” və “Black Berry” markalı bahalı mobil telefon aparatları alıb, sonra onları real dəyərindən ucuz qiymətə satıblar.
Bundan başqa, 2011-ci ilin may ayında dəstə xarici ölkə vətəndaşlarının elektron plastik kartlarından 10,682 min manat çıxardaraq və vəsaitə telefonlar almağa cəhd edib. Lakin, həmin vaxt Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən xarici kartlarla ödəmələrin aparılması müvəqqəti məhdudlaşdırıldığından dəstə planını həyata keçirə bilməyib.
Daha bir epizod üzrə dəstə xarici ölkə vətəndaşlarının bank hesablarından 15,9 min manat cıxardaraq hətta qruplaşmanın bir üzvünün toy xərclərinin 5 min 228 manat məbləğində bir hissəsini ödəyib.
Bununla yanaşı, MTN-nin İƏM istintaq materiallarına istinadən məlumat verib ki, çoxlu sayda sübutlar dəstə tərəfindən fiziki və hüquqi şəxslərə vurulan zərərin miqdarının yüz dəfələrlə artıq olmasını ehtimal etməyə əsas verir.
Dörd şəxsin hər biri həbs edilib. Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 271.2.3-cü (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma və külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 194.2.1 və 194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə əldə edilən külli miqdarda əmlakı alma və ya satma) maddələri ilə cinayət işi başlanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət