2012-ci ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 6,2% - 540,3 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına görə, yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 45,2%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 479,4 mln. manat (artım 23,6%) təşkil edib.
Yanvar-fevral aylarında emal sənayesinə investisiyalar 24,6 mln. manat (azalma 85,3%) təşkil edib.
Hesabat dövründə elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiyalar 29,6 mln. manat (artım 80,2%), su təchizatı və tullantıların emalı sahəsinə - 6,7 mln. manat (artım 40,2%) həcmində olub.
Bundan başqa, hesabat dövründə nəqliyyat sahəsinə 238,2 mln. manat (artım 8,1%), istirahət və əyləncə sahəsinə 90,1 mln. manat (artım 2,5 dəfə), informasiya və rabitə sahəsinə 63,6 mln. manat (artım 2,2 dəfə), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 13,6 mln. manat (azalma 31,1%), təhsil sahəsinə 25,2 mln. manat (artım 70,3%) vəsait qoyulub.
Yanvar-fevral aylarında mənzil tikintisi sahəsinə 91,8 mln. manat (azalma 25,5%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət