2011-ci il ərzində Azərbaycanın iqtisadiyyatına birbaşa xarici investisiyalar $4 mlrd. 443,9 mln. təşkil edib ki, bu 2010-cu ilin göstəricisindən 32,7% çoxdur.
Bu məlumatlar Mərkəzi Bankın saytında dərc edilən 2011-cu il ərzində Azərbaycanın ödəniş balansının hesabatında qeyd edilib.
Ödəniş balansının məlumatına görə, hesabat dövründə birbaşa xarici investisiyaların 78%-i və ya $3 mlrd. 465,6 neft-qaz sektorunun (artım 34,7%), digər sektorların - $978,3 mln. (artım 26,4%) payına düşüb.
2011-ci il ərzində Azərbaycan iqtisadiyyatına kreditlərin və başqa investisiyaların həcmi $3 mlrd. 651 mln. təşkil edib və 26,5% azalıb. Bununla yanaşı, dövlət zəmanəti ilə kreditlərin payına $1 mlrd. 255,1 mln. (artım 70,6%), dövlət təminatı olmayan kreditlərə - $2 mlrd. 53 mln.(azalma 22,1%), həmçinin banklarla cəlb edilən kreditlərin payına - $828,9 mln. (azalma 50,9%) düşüb. Hesabat ilində digər investisiyaların $342,9 mln. (azalma 78,5%), neft bonuslarının - $20 mln. (artım 10 dəfə) payına düşüb.
“Ümumilikdə, ödəniş balansına əsasən, 2011-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici kapitalın həcmi $8 mlrd. 114,9 mln.təşkil edib, bu isə 2010-cu ilin göstəricisindən 2,4% azdır”, - deyə hesabatda qeyd edilir.
AMB-nin məlumatına görə, 2011-ci il ərzində kreditlər üzrə qaytarılma $2 mlrd. 236,1 mln. təşkil edib ki, bunun , $969,5 mln. banklar tərəfindən, $306,9 mln. - dövlət və dövlət müəssisələri xətti ilə, $577,4 mln. - neft-qaz sektoru müəssisələri, $382,3 mln. – digər müəssisələr və şirkətlər tərəfindən ödənilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət