“Meqa Sıgorta” şirkəti İcbari Sığorta Bürosunun iştirakçıları reyestrinə daxil edilib.Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilən məlumatda bildirilir.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanunun tətbiq edilməsi çərçivəsində yaradılıb
“Meqa Sığorta” icbari sığortanın 3 növü üzrə xidmətlər göstərmək üçün lisenziya alıb: nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”- deyə məlumatda bildirilir.
Beləliklə, reyestrə daxil edilən sığorta şirkətlərinin sayı 10-a çatıb.Öncə reyestrə “AtaSığorta”, “Standard Insurance”, ”Xalq Sığorta”, ”Pasha Sığorta”, “AXA Mbask”, “Alfa Sigorta” “Atəşgah” .”AzSığorta” və “Azərisığorta” daxil olub.
Məlumatda bildirilir ki, “İcbari sığorta növləri haqqında”qanun ümumilikdə sığortanın 4 növünə şamil edilir; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
“Meqa Sığorta” şirkəti Azərbaycanın sığorta bazarında 2010-cu il oktyabrın 1-dən fəaliyyət göstərir.Şirkətin nizamnamə kapitalı 7 mln. manata bərabərdir.Şirkətin səhmdarları 6 fiziki şəxsdir. 2011-ci il ərzində şirkətin sığorta haqları yığımı 1 mln.749,769 min manat, ödəmələri 126,815 min manat təşkil edib.
“Azərsığorta” 1991-ci ildə yaradılıb, nizamnamə kapitalı 4,5 mln. manata bərabərdir. 2009-2011-ci illərdə şirkət tədiyə yığımının həcminə və sığorta ödəmələrinə görə Azərbaycanda lider olub. Şirkətin 2011-ci il ərzində sığorta haqları yığımı 26 mln. 144,8 min manat, ödəmələri - 11 mln. 78 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət