Azərbaycanın hüquq mühafizə orqanları bu il mart ayının 1-də Quba rayonunda baş verən hadisələrlə əlaqədar 25 nəfər şəxsi istintaqa cəlb edib
Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun cümə axşamı birgə yaydığı bəyanatda qeyd edilir ki, 25 nəfərdən ictimai qaydanın kobud surətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak etmiş 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.
Baş prokurorluğun və DİN-in bəyanatında göstərilir ki, son günlər müxtəlif kütləvi informasiya vasitələrində bu il martın 1-də Quba şəhərində baş vermiş məlum hadisələrin əsl mahiyyətini təhrif edən, o cümlədən hüquq mühafizə orqanları tərəfindən kütləvi həbslərin aparılması barədə qəsdən heç bir əsası olmayan məlumatlar yayılmaqdadır. Bununla əlaqədar olaraq Baş Prokurorliq və DİN məsələyə aydınlıq gətirmək üçün bildirir ki, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib
Bildirilir ki, aksiya ilk anlardan asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda sonradan ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib.. Nəticədə İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və R.Həbibova məxsus fərdi yaşayış evi yandırılıb.
Bəyənata əsasən,iğtişaşlar zamanı xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşı yaralanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət