Kənd təsərrüfatı inkişafının təminatı məşğulluğun səviyyəsinin artımı, əhalinin rifahının yaxşılaşmasında xüsusi məna kəsb edir. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz əkininə hazırlıq işlərinin vəziyyətinə həsr edilən müşavirədə bəyan edib.
V.Talıbov qeyd edib ki, Naxçıvanda muxtar respublikanın torpaqlarının təxminən 12%-i istifadə olunur. Torpaq sahələrinin səmərəli istifadəsi məsələlərini daima diqqət mərkəzində saxlamaq lazımdır.
“Torpaqların becərilməsi üçün texnika, yüksək reproduktiv toxumlar və su lazımdır. Muxtar respublikada bu işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir”, - deyə Naxçıvan MR-nın başçısı bildirib.
O qeyd edib ki, 2005-ci ildən yaradılan “Naxçıvan aqrolizinq”in xətti ilə həyata keçirilən tədbirlər nəticəsində, ötən il ÜDM həcmində kənd təsərrüfatında 13%, əkinçilikdə – 16% artım müşahidə olunub.
Ali Məclisin sədri qeyd edib ki, yaz əkini işlərlərinin başlanması ilə əlaqədar, bu sahənin inkişafında məsuliyyətli dövlət orqanları, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçıları qarşısında göstərilən sahədə fəaliyyətin gücləndirilməsi üzrə bir sıra əhəmiyyətli məsələlər durur. Naxçıvanın MR-nın başçısı müvafiq təşkilatlara bitkiçilikdə becərmənin müasir və intensiv üsullarından tətbiq edilməsi, torpaqların səmərəli istifadəsi, suvarma suyu üzrə bir sıra tapşırıqlar verib.
“Məhsuldarlığın artımının vacib şərtlərindən biri sahələrin düzgün suvarılmasının təşkilidir. Son illərdə muxtar respublikada suvarılan suya ehtiyacların təmin olunması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib”, - deyə V.Talıbov bildirib.
Ali Məclisin sədri həmçinin Kənd Təsərrüfatı Nazirliyinə AMEA-nın Naxçıvan bölməsinə kənd təsərrüfatı bitkilərin yerli növlərinin yüksək məhsuldarlığının bərpası, yüksək reproduktiv toxumların gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Onun fikrincə, “Naxçıvan aqrolizinq”in xətti ilə MR-ya bundan sonra da lazımı kənd təsərrüfatı texnikasının alınması və çatdırılmasını davam etdirmək lazımdır. “Naxçıvan aqrolizinq”ə həmçinin bütün mövcud texnikanı yaz əkininə işlərlərinə hazır vəziyyətə gətirmək tapşırılıb. Naxçıvan MR-nın başçısı həmçinin, digər müvafiq təşkilatlara bir neçə tapşırıq verib.
Müşavirədə Naxçıvan MR-nın kənd təsərrüfatı nazirinin, “Naxçıvan aqrolizinq”in baş direktorunun yaz əkininə hazırlıq işləri barədə məlumatı dinlənilib.
Müşavirədən sonra muxtar respublikaya gətirilən kənd təsərrüfatı texnikasının yeni partiyasına baxış keçirilib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət