2011-ci ilin yekunlarına əsasən, Azərbaycan və Litva arasında mal dövriyyəsi $25 mln. təşkil edib ki, bu da aşağı göstəricidir və iki ölkənin potensialına uyğun deyil. Bu barədə Azərbaycanın vergilər naziri, ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan – Litva hökumətlərarası komissiyanın həmsədri Fazil Məmmədov bazar ertəsi yurnalistlərə bildirib.
2011-ci ilin yekunlarına görə, qarşılıqlı mal dövriyyəsi cəmi $25 mln. təşkil edib. Mal dövriyyəsinin belə aşağı statistik göstəricisi təəssüf doğurur və iki ölkənin potensialına uyğun gəlmir”,- deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, qarşılıqlı mal dövriyyəsinin artması üçün iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi lazımdır və bu məqsədlə biznes- forumlar keçirilməlidir.
“Biz ölkələrimiz arasındakı siyasi münasibətlərin yüksək səviyyəsindən razıyıq. Ancaq ticarət dövriyyəsi çox kiçikdir və biz öz tərəfimizdən onun 5- 10 dəfə artması üçün səy göstərməliyik. İqtisadi əməkdaşlıq üçün əhəmiyyətli potensial var”,- deyə komissiyanın Litva tərəfindən həmsədri, xarici işlər naziri Audronius Ajubalis öz növbəsində bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə Litvada 3 mlrd.kubmetr maye qaz tutumu olan terminal tikiləcək ”Buna görə indidən qazın haradan və hansı həcmdə daxil olacağını müəyyən etmək lazımdır.Bu məqsədlə hazırda Bakıda Azərbaycan və Litvanın müvafiq qirumları arasında danışıqlar aparılır”,- deyə o əlavə edib.
A.Ayubalis Azərbaycan şirkətlərini məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə çıxışını təmin etmək üçün “Vikinq “konteyner qatarından istifadə etməyə çağırıb.
Komissiyanın iclasının yekunlarına əsasən, komissiyanın həmsədrləri müvafiq protokol imzalayıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət