Azərbaycan və Ukrayna qarşılıqlı əmtəə dövriyyəsini 3 dəfə artırmağı planlaşdırır. Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko çərşənbə günü Bakıda jurnalistlərə bəyan edib.
Çərşənbə günü Bakıda Azərbaycan-Ukrayna biznes-forumu keçirilib.
“Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il təxminən $1,5 mlrd. təşkil edib və bu rəqəm bizim potensialımızdan uzaqdır. Biz qarşılıqlı əmtəə dövriyyəsini 3 dəfə artırmağı planlaşdırırıq, lakin əgər ölkələr arasında potensiala diqqətlə baxsaq, o zaman dövriyyəni hətta 5-6 dəfə artırmaq olar”, - deyə V.Mayko bildirib.
Onun sözlərinə görə, hər iki ölkə üçüncü ölkələr bazarında müxtəlif sahələrdə, həmçinin kosmik sənayedə əməkdaşlıq edə bilər. “Ukrayna Braziliya ərazisində “Alikanta” kosmodromu inşa edir və yaxın gələcəkdə onun işə salınması planlaşdırılır. Biz Azərbaycana bu meydançadan istifadə etməyi təklif edirik”, - deyə nazir müavini vurğulayıb.
V.Mayko əlavə edib ki, Ukrayna tərəfi Azərbaycan mütəxəssislərinin aerokosmik sahədə təhsil almasını təklif edir.
Nazir müavini qeyd edib ki, ticarət dövriyyəsini Azərbaycan meyvə və tərəvəzlərinin Ukraynaya idxalının genişləndirilməsi hesabına artırmaq olar. “Azərbaycan meyvə və tərəvəzlərinin əsas idxalatçısı Rusiyadır. Ancaq Ukrayna bazarının həcmi Rusiyadan heç də kiçik deyil. Bu məhsulun yüksək keyfiyyətini nəzərə alaraq, biz sadəcə idxalı artırmağa borcluyuq və burada almaq daha yaxşıdır,nəinki digər ölkələrdən”, - deyə V.Mayko əlavə edib ki, həmçinin Ukrayna məhsulunun Azərbaycana ixracını artırmaq olar.
“Biz Azərbaycanın aqrar sektoru üçün avadanlıq tədarük edə bilərik. Biz həmçinin bilirik ki, ölkənin neft-qaz sektoru qaynaq avadanlıqlarının tədarükünə ehtiyac duyur və öz xidmətlərimizi təklif edirik”, - deyə o vurğulayıb.
V.Mayko qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı inşaat sektorunda əməkdaşlığın vacibliyi vurğulanıb. “Azərbaycan tikinti şirkətləri həm yerli, həm də xarici bazarlarda çox fəal iştirak edirlər. Bağışlayın, Lakin, Ukrayna şirkətlərinin təcrübəsi daha çoxdur. SSRİ Ukraynalı inşaatçıların əlləri ilə tikilib və biz bu ənənəni qorumuşuq. Bizə rəqabət aparmaq vacib deyil, əməkdaşlıq etmək olar. Bu əməkdaşlığı üçüncü ölkələrin bazarlarına çıxarmaq olar”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti həmçinin heyvandarlıq, taxılçılıq sahələrində əməkdaşlığı genişləndirməyi təklif edib. “Düşünürəm ki, kimya sənayesi, xüsusilə kimyəvi gübrələrin istehsalı sahəsində əməkdaşlığı genişləndirmək lazımdır”, - deyə o vurğulayıb.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) uğurlu fəaliyyəti üçün (Ukraynada – İF-Az) bütün şərait yaradılacaq. Uşaqlara afərin, həm sosial, həm də korporativ aksiyalarda fəal iştirak edirlər. İndiyə qədər bir sıra yanacaqdoldurma stansiyası inşa ediblər, həmçinin bu şəbəkəni genişləndirməyi planlaşdırırlar”, - deyə Ukrayna XİN-in nümayəndəsi əlavə edib.
O həmçinin vurğulayıb ki, turizm sektorunda əməkdaşlığı inkişaf etdirmək lazımdır. “Biz futbol üzrə Avropa Çempionatına əsl futbolun azarkeşlərinin böyük sayını gözləyirik. Bunun üçün, bizim Azərbaycandakı səfirliyimiz gecə-gündüz işləməyə hazırdır”, - deyə V.Mayko əlavə edib ki, bu sərnişinlərinin sayının artmasına təsir edəcək və “Azərbaycan Hava Yolları” QSC Ukraynanın şəhərlərinə reyslərin sayını artıracaq.
“Dörd şəhər (Kiyev, Xarkov, Donetsk, Lvov – İF-Az) Avropa Çempionatını qəbul edir. Bu günə “AzAl” həftədə dörd reys həyata keçirir, lakin bu kifayət deyil. AÇ ərəfəsində reyslərin sayını iki dəfə artırmaq lazımdır”, - deyə nazir müavini dəqiqləşdirib.
O qeyd edib ki, hərbi-texniki əməkdaşlıq sahəsində münasibətləri inkişaf etdirmək lazımdır.
Digər ölkələrin bazarında əməkdaşlığın inkişafı təşəbbüsü Azərbaycan tərəfindən təklif edilib. Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov biznes-forumda bildirib ki, əməkdaşlığın digər formalarını axtarmaq lazımdır, xüsusilə üçüncü ölkələrin bazarında əməkdaşlıq mümkündür.
Azərbaycan-Ukrayna biznes-forumunda İKT, ASK, qida sənayesi, energetika, maşınqayırma, nəqliyyat, neft emalı sahələrində fəaliyyət göstərən 100-dən artıq sahibkar iştirak edib. Biznes-forum Ukraynanın baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilib.
Biznes-forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Ukrayna İnvestisiyaların və Mili Layihələrin İdarə Edilməsi üzrə Dövlət Agentliyi arasında əməkdaşlıqlar haqqında Memorandum imzalanıb.
Ukrayna tərəfi Ukraynada da analoji forum keçirməyi təklif edib.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət