“Azəryolservis” ASC Mingəçevir –Bəhramtəpə avtomobil yolunun R18 hissəsinin yenidənqurma layıhəsi üzrə məsləhətçi seçmək üçün tenderin ilkin seçim mərhələsini (predkvalifikasiya ) elan edib.
Tender Dünya Bankının proseduraları üzrə keçiriləcək. Çünki işlər Dünya Bankının krediti hesabına maliyyələşdirilir
Məsləhətçinin öhdəliklərinə mühəndis hesabatı, iş eskizləri, spesifikasiyalar, informasiya və təhlillər də daxil olmaqla mövcud layihə sənədlərinin yoxlanılması daxildir.
Həmçinin, məsləhətçi topoqrafik, geotexniki, hidroloji, ekoloji araşdırmaların və mövcud layihə üzrə aparılan araşdırmaların qəbulunu həyata keçirməli, zərurət yarandığı halda, əlavə layihələndirmə işləri həyata keçirməlidir
Bundan başqa, məsləhətçinin öhdəliklərinə layihənin texniki-iqtisadi təhlilini aparmaq, sənədlərin ilkin seçim mərhələsi və tender üçün hazırlamaq daxildir.
Məsləhətçi öz işini 2012-ci ilin iyun ayında başa çatdırmalıdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər aprelin 25-nə qədər ərizələrini təqdim etməlidirlər.
Mingəçevir- Bəhramtəpə yolunun uzunluğu 156 km təşkil edir.
Xəbər verildiyi kimi Dünya Bankının Direktorlar Şurası 2009-cu ilin iyun ayında Azərbaycana Hacıqabul- Bəhramtəpə avtomobil yolunun tikinti və yenidənqurma layihəsi üçün $175 mln. məbləğində kredit verilməsini təsdiqləyib. Layihə çərçivəsində uzunluğu 116 km olan Hacıqabul –Bəhramtəpə yolunun, eləcə də 200 km uzunluqda yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması planlaşdırılır.
Kreditin ümumi həcmindən . $62 mln. Beynəlxalq İnkişaf Assosasiyasının şərti üzrə verilib. Kredit vəsaitləri 10 ili güzəştli müddət olmaqla 20 il müddətinə verilir. Daha $113 mln. kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtlərinə əsasən 4 ili güzəşt müddət olmaqla 20 il müddətinə verilir.
Layihənin ümumi dəyəri $218,75 mln. təşkil edir.Qalan hissəni Azərbaycan Hökuməti maliyyələşdirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət