Bakı metropoliteni 2011-ci ildə sərnişin daşımalarının həcmini 0,8% - 182,6 mln. nəfərədək artırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə metropolitendən məlumat verilib.
“2011-ci ildə metropolitendə sərnişin dövriyyəsi 1844,3 mln sərnişin-kilometr təşkil edib, bu isə 2010-cu ilin göstəricisindən 0,8% çoxdur”, - deyə Bakı metropolitenin nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, hazırda “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində “Avtovağzal”-“Memar Əcəmi-2” stansiyaları arasında 3,88 kilometr uzunluqda tunelin və 0,97 kilometr uzunluqda Dərnəgül Elektrik Deposunun tikintisini davam etdirilir.
Bu stansiyaların 2013-cü ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.
Bundan başqa, 2011-ci ildə “Memar Əcəmi-2” yeni metro stansiyasının və “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisinə başlanılıb.
2004-2011-ci illərdə Bakı metropoliteni 116 yeni sərnişin vaqonu alıb.
Metropoliten Bakıda 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni iki xəttdən, 23 fəaliyyətdə olan stansiyadan ibarətdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət