“Atəşgah Həyat” istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hadisəsi ilə əlaqədar 16,771 min manat məbləğində birdəfəlik ödəniş həyata keçirib. Bu barədə şirkətdən məlumat verilib.
“Bədbəxt hadisə nəticəsində “Atəşgah Həyat” sığorta şirkətində əməkdaşlarını sığortalayan neft şirkətlərinin birinin işçisi 25% əmək qabiliyyətini itirib. Birdəfəlik ödəniş məbləği 16 771 manat təşkil edib və vəsait zərərçəkənə ödənilib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun 2010-cu ilin iyul ayından qüvvəyə minib. 2010-cu ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi yekunlaşdırılıb.
Bu sığorta növü üzrə xidmətlərin göstərilməsilə yalnız ixtisaslaşdırılmış sığortaçılar məşğul ola biləcəklər. Hazırda Azərbaycanda həyat sığortası üzrə iki ixtisaslaşdırılmış sığorta şirkəti məşğul olur.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiq edib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk dərəcəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Qanuna əsasən sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.
“Atəşgah Həyat” 2009-cu il yanvarın 28-dən “Qafqaz sığorta” ASC kimi fəaliyyət göstərməyə başlayıb. Şirkətin nizamnamə kapitalı 3,3 mln. manata bərabərdir. Onun səhmdarları “I.S.R.Holding Limited” və “RAN-Eksim” şirkətidir. 2011-ci ildə şirkətin sığorta haqları üzrə yığımı 9 mln. 524,119 min manat, ödənişləri – 169,558 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət