Yaponiyanin Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JBIC) “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya” layihəsi üzrə Missiyası aprelin 15-25 – də Azərbaycana səfərə gələcək. Bu barədə “Azərsu”ASC-nin məlumatında bildirilir.
“Səfər çərçivəsində nümayəndə heyəti Qusar, Xaçmaz və Xızı rayonlarında “Su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi üzrə təməlqoyma mərasimində iştirak edəcək”,- deyə məlumatda qeyd edilir.
Məlumata əsasən, sözügedən layihənin podratçısı “Azərsutəchizattikinti”ASC-dir.Artıq ASC ilə podratçılıq barədə saziş imzalanıb və tikinti işlərinə hazırlıq başlanıb.
Layihə üzrə bütün tikinti – quraşdırma işləri 2013-cü ilin sonuna qədər başa çatdırılmalıdır.
İşlər Azərbaycan Hökuməti və JBIC tərəfindən maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya sistemləri” layihəsi çərçivəsində həyata keçirilir. Layihə Azərbaycanın 10 şəhər və rayon mərkəzində (Salyan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
2009-cu il may ayının 29-da imzalanmış kredit sazişinin nizamnaməsinə əsasən, JBIC bu işlərin yerinə yetirilməsi üçün illik 1,4% dərəcəylə, 10 ili güzəştli dövr olmaqla 30 il müddətinə 3038 mlrd. yapon yeni ($400 mln) ayıracaq.
Ayrılan vəsait ölkənin regionlarında su təmizləyici və çirkab sularının təmizlənməsi üçün qurğuların, yanğınsöndürmə üçün tədbirlər də daxil olmaqla, ümumilikdə nasos stansiyalarının, ötürücü xətlərin və supaylayıcı şəbəkələrin yenidən qurulmasına, habelə su- kanal idarələrinin maddi – texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Layihə Azərbaycanın 10 şəhər və rayon mıərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur və ümumilikdə, 400 min nəfər insanı əhatə edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət