Avropaya uğurlu inteqrasiya siyasəti həyata keçirən Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Litva Respublikasının sabiq dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsberqislə görüşdə bəyan edib.
"Azərbaycanın Naxçıvan Muxtar Respublikası malik olduğu muxtariyyət statusuna əsasən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində təmsil olunub. Bu orqan vasitəsilə muxtar respublika qitənin ayrı-ayrı regionları, muxtariyyətləri və federal subyektləri ilə bilavasitə əlaqələr yaradır və səmərəli əməkdaşlıq edir, Avropa siyasətinin formalaşması prosesində fəal iştirak edir”, - deyə V.Talıbov qeyd edib.
O, Avropa Şurasına üzv qəbul edilərkən Azərbaycanın mövqeyinin V.Landsberqis tərəfindən dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan-Litva münasibətlərinə toxunan Naxçıvan MR sədri bildirib ki, hər iki dövlət başçılarının səyləri ilə müasir mərhələdə iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.
Öz növbəsində, V.Landsberqis vurğulayıb ki, qədim və zəngin mədəniyyətə malik olan Naxçıvan görkəmli tarixi şəxsiyyətlər yetişdirib. "Bu gün Azərbaycan dünyada inkişaf edən və uğurlu xarici siyasət həyata keçirən islahatçı ölkə kimi tanınıb", - deyə avropalı diplomat söyləyib. Onun sözlərinə görə, ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. V.Landsberqis qeyd edib ki, Azərbaycanın, eləcə də Naxçıvananın Avropa qurumları ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət