2012-ci ilin I rübündə Azərbaycanın xarici ticarətində müsbət saldo $3 mlrd. 715 mln. 786,507,51 min təşkil edib ki, bu isə 2011-ci ilin analoji dövrünün göstəricisindən 6,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DGK-nın məlumatına əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $7 mlrd. 895 mln. 191,61 min təşkil edib, bu isə 2011-ci ilin I rübün göstəricisindən 7,6% çoxdur.
Bununla yanaşı, qeyd edilən dövrdə ixracın həcmi $5 mlrd. 840 mln. 849,56 min, idxal - $2 mlrd. 54 mln. 342,05 min təşkil edib. 2011-ci ilin I rübün göstəricisi ilə müqayisədə ixrac 7,27%, idxal - 8,55% artıb.
İxrac strukturunda 85,93% xam neftin, 5,25% - neft məhsullarının, 2,78% - qazın, 0,64% - kimya məhsullarının, 0,01% - pambıq lifinin, 0,51% - qara metallra və onlardan məmulatların, 0,43% - alümin və ondan məmulatların, 0,4% - meyvə-tərəbəz məhsullarının, 0,96% - heyvan və bitki mənşəli yağların, 0,08% - alkoqol və alkoqollu içkilərin payına düşüb, qalanı – 3,01% təşkil edib.
İdxal strukturunda ərzaq mallarının 12,41%, maşın və elektrik avadanlıqıarı, onların ehtiyyat hissələrinin - 28,42%, nəqliyyat vasitələrinin - 13,95%, qara metallar və onlardan məmulatların - 14,2%, ağac və ondan məmulatların - 2,93%, mebel və ehtiyat hissələrinin - 0,75%, əczaçılıq məhsullarının - 1,72% payına düşüb.
I rübdə Azərbaycan ixracda əsas əməliyyatları İtaliya (21,39%), Fransa (9,53%), ABŞ (8,5%), Hindistan (7,16%), İsrail (6,17%), idxalda - Türkiyə (15,09%), Rusiya (13,46%), Almaniya (7,73%), Ukrayna (5,85%) ilə həyata keçirib.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 2358 dövlət və özəl müəssisə və 1661 fiziki şəxs iştirak edib. Ümumilikdə, yanvar-mart aylarında Azərbaycan 118 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət