Azərbaycan Preidenti İlham Əliyev əsas infrastruktur layihələrinin 2014-cü ildə başa çatması məsələsini qarşıya qoyur.
“Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir. Dövlət tərəfindən qoyulan vəsait milyardlarla ölçülür. Əlbəttə ki, özəl sektor da bu inkişafı gördükdə, öz vəsaitini ölkə iqtisadiyyatına daha da böyük həvəslə, maraqla qoyur. Mən çox şadam ki, Azərbaycanın investisiya paketində daxili investisiyalar üstünlük təşkil edir”,- deyə İ.Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında bildirib.
İ.Əliyevin nitqinin tam mətni rəsmi mətbuatda dərc olunub.
Prezident qeyd edib ki, daxili investisiyaların mütləq əksəriyyəti dövlət investisiyalarıdır. “Bu da təbiidir. Ancaq vaxt gələcək ki, investisiyaların tərkibində özəl investisiyalar üstünlük təşkil edəcəkdir. Biz buna çalışmalıyıq. Nəzərə almalıyıq ki, gələcəkdə dövlət tərəfindən qoyulacaq investisiyaların həcmi azalmalıdır. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrasını biz 2014-cü ildə başa çatdırmalıyıq. Özəl sektor isə daha da böyük həcmdə vəsait qoyacaqdır”,- deyə dövlət başçısı söyləyib.
Bununla yanaşı İ.Əliyev əlavə edib ki, Dövlət İvestisiya proqramı hər il bütöv həcmdə reallaşdırılmalıdır.” İndi son illərin reallıqları bundan ibarətdir ki, biz bəzi hallarda Dövlət İnvestisiya Proqramını tam şəkildə icra edə bilmirik. Çünki bəzi hallarda vəsait bizim texniki imkanlardan artıqdır. Yaxud da ki, bəzi hallarda müvafiq nazirliklər və dövlət qurumlarının hökumətə verdikləri sifarişlər o qədər böyük olur ki, onların icrasını il ərzində təmin edə bilmirlər. Biz buna da diqqət yetirməliyik. Real sifarişlər verilməlidir. Hər bir nazirlik, hər bir dövlət qurumu öz imkanlarını ölçüb-biçməlidir, qeyri-real təkliflər verməməlidir,”- deyə Prezident bildirib.
Dövlət başçısı vurğulayıb ki, 2014-cü ildən Hökumət Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşacağıq. “Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi mən bölgələrdə olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edirəm. Bu, müasir Azərbaycanın reallıqlarıdır. Əlbəttə ki, biz yol təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral yollara diqqət yetirirdik. Ancaq vaxt gəlib çatıb ki, biz kənd yollarını da abadlaşdıraq. Hazırda Azərbaycan kəndlərinə çəkilən yollar çox keyfiyyətlidir, yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir və bölgələrin daha da sürətli inkişafını təmin edir”,- deyə İ.Əliyev söyləyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət