Azərbaycan Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinə ASK sektorunun inkişafı üçün təkliflər paketi hazırlamağı tapşırıb.
“2012-ci ilin birinci rübündə ASK sektorunda artım 3,1% təşkil edib. Bitkiçilikdə artım 6,4%, heyvandarlıqda - 3,2% təşkil edib. Müsbət dinamika vardır”, - deyə İ.Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.
İ.Əliyevin çıxışının mətnini çərşənbə axşamı rəsmi mətbuat dərc edib.
Dövlət başçısı qeyd edib ki, ASK sektorunun inkişafı ən müasir texnologiyaların tətbiqinə əsaslanmalıdır. Bununla yanaşı o vurğulayıb ki, regionlarda yeni aqroservis müəssisələri açılır.
İ.Əliyev əlavə edib ki, Azərbaycanın ASK sektorunun inkişafına xarici investorlar fəal vəsait qoyurlar. Bundan başqa, müasir texnologiyaların tətbiqi məhsuldarlığın artmasına səbəb olur. “Məsələn, Ağstafa Aqroservis Şirkətinin fəaliyyəti nəticəsində taxılçılıqda hər hektardan 50 sentner məhsulun götürülməsi mümkün olacaq. Əgər inkişaf etmiş, müsbət təcrübəyə malik olan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada rəqəm daha da yüksəkdir. Azərbaycanda isə ölkə üzrə məhsuldarlıq 25 sentnerdir, bu isə çox aşağı göstəricidir. Biz məhsuldarlığı artırmağa çalışmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.
Prezident Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə respublikada aqroservis müəssisələrinin yaradılması proqramının reallaşması üçün təkliflər hazırlamağı tapşırıb. “Lazım olarsa əlavə kreditlərin verilməsi də nəzərdə tutula bilər. Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalına əlavə vəsait qoyula bilər. Buna görə təkliflərdə dövlətin bu növ müəssisələrin yaradılmasına necə dəstək ola biləcək, özəl sektoru necə stimullaşdıra bilərik kimi məsələlər öz əksini tapmalıdır”, - deyə dövlət başçısı bildirib.
İ.Əliyev vurğulayıb ki, 10, 20, 50 aqroservis müəssisənin yaradılması Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün şərait yaradacaq.
“Ümumilikdə, biz ASK sektoruna müasir yanaşma tətbiq etməliyik. Damcılı suvarma texnologiyalarını öyrənmişlər. Vaxt gəlib çatıb ki, biz kütləvi şəkildə bu texnologiyaları Azərbaycanda tətbiq etməyə başlayaq və bu sahədə, yenə də deyirəm, hansısa bir yenilik icad etmək əvəzinə, inkişaf etmiş, müsbət təcrübəyə malik olan ölkələrin praktikasını tətbiq etməliyik”, - deyə o qeyd edib.
Dövlət başçısı hesab edir ki, dövlət tərəfindən ASK sektoruna verilən subsidiyalarla bağlı yeni təkliflərin hazırlanması zamanı çatıb. “Biz zamanında kənd təsərrüfatını, xüsusilə taxılçılığı stimullaşdırmaq üçün bu subsidiyaları ayırdıq. Bundan başqa, fermerlərə yanacağa, gübrələrə, eyni zamanda, əkilən məhsullara hektarbaşı subsidiyalar pul şəklində verilir. Bu, çox müsbət təşəbbüs idi və işgüzarlığın artmasına böyük təkan verdi. Mənim təklifim ondan ibarətdir ki, biz bu subsidiyaları daha da təkmilləşdirək, bunlar daha da səmərəli şəkildə işləsin. İndi subsidiyaların həcmi verilən nəticə ilə uyğun gəlmir. Buna görə, mən bu istiqamətdə islahatların dərinləşdirilməsi üzrə təkliflər gözləyirəm”, - deyə o qeyd edib.
İ.Əliyev həmçinin, ərzaq məhsullarının keyfiyyəti məsələsinə toxunub. “Son müddət ərzində bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır. Yerli sahibkarlar da bilməlidirlər ki, keyfiyyətsiz məhsul buraxsalar, onlar nəinki bazardan kənarlaşdırılacaqlar, cəzalandırılacaqlar. Bununla yanaşı, mal idxalı üzərində nəzarət həmçinin ciddi olmalıdır”, - deyə Prezident vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət