Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycanın Kürdəmir, Ağsu və Şamaxı rayonlarında taxılçılığın inkişafı üzrə investisiya layihələrinin kreditləşdirilməsinə 10 mln. manat yönəldəcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində SKMF iri taxılçılıq təsərrüfatlarının layihələrinin kreditləşdirilməsinə başlayıb. Xüsusilə, SKMF Kürdəmir, Ağsu və Şamaxı rayonlarında taxıl anbarlarının yaradılması və taxılçılıq təsərrüfatlarında bitkiçiliyin inkişafı üzrə layihələri maliyyələşdirəcək”, - deyə məlumatda qeyd edilir.
Bu layihələrin ümumi qiyməti 16,8 mln. manat, kreditlərə ehtiyac – 10 mln. manat təşkil edir. Birinci mərhələdə SKMF artıq bu layihələrin reallaşdırılmasına 2 mln. manat ayırıb.
Layihələr çərçivəsində 3 min hektar ərazidə əkin işləri, müasir suvarma sistemlərinin quraşdırılması planlaşdırılır. Bundan başqa, ABŞ və Türkiyə istehsalı olan 25 adda müasir kənd təsərrüfatı texnikası alınacaq.
Nazirliyin məlumatına görə, Ağsu və Şamaxı rayonlarının Hacıqədərli və Ləngəbiz kəndlərinin 400 hektar ümumi ərazisində artıq Amerikanın “Piers” və “Reinke Manufakturing İnc” şirkətləri tərəfindən tərəfindən suvarma sistemləri quraşdırılıb. Bu cür sistemlərin daha 100 hektar sahədə quraşdırılması davam edir, qarğıdalı əkini başlanıb.
Bundan başqa, artıq 10 adda kənd təsərrüfatı texnikasının 35 vahiddən ibarət parkı yaradılıb.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət