Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ilin I rübündə 2 804 kq qızıl əldə edib.Bu barədə ARDNF-in məlumatında bildirilir.
“ARDNF I rübdə qızıl almağa başlayıb və bu dövr ərzində 2804 kq (90143 unsiya) qızıl əldə edilib”, -deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, ARDNF 2012-ci ili fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market meyker üzvü olan banklardan bu təşkilatın tələblərinə uyğun olaraq qızıl külçələr almağa başlayıb.
ARDNF-in 2012-ci ilə olan investisiya siyasəti investisiya portfelinin diversifikasiyası və gəlirliliyi artırmaq məqsədi ilə fondun vəsaitlərinin bir hissəsini səhmlərə, daşınmaz əmlaka və qızıla yatırmaqdan ibarətdir.
Azərbaycan Prezidenti 2011-ci il dekabrın 29-da ARDNF-in vəsaitlərindən istifadə Proqramını təsdiq edib. Proqrama uyğun olaraq fondun orta çəkili investisiya portfeli 2012-ci ildə 23 mlrd. manat təşkil edəcək.
Şərtlərə əsasən, cari ildə fondun aktivlərinin minimum 85%-i borc öhdəliklərinə və pul bazarı alətlərinə, ən çoxu 5%-i portfel səhmlərinə, daşınmaz əmlaka və qızıla yatırılmalıdır.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət