Əfsanəvi “Bakılı oğlanlar” komandasının kapitanı Anar Məmmədxanovun aprelin 22-də ölümünün ildönümü ilə əlaqədar Heydər Əliyev Sarayında xatirə gecəsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Saraydan məlumat verilib.
Gecədə A.Məmmədxanova bəstəkarların və dostlar həsr etdiyi musiqi əsərləri və mahnılar ifa ediləcək.
Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra 1988-ci ildə “Bakılı oğlanlar” komandasını yaradıb. 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.
1992-1993-cü illərdə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun çempionu, 1995-ci ildə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu və 2000-ci ildə - XX əsr çempionu olub. Anar Məmmədxanov parlamentə üzv seçilib.
O, Avrasiya Radio və Televiziya Akademiyasının professoru olub. Ömrünün son illərində A.Məmmədxanov vətənpərvərlik mövzusunda filmlər çəkən özünün yaratdığı “ULTRA Production” şirkətinin rəhbəri olub.
A.Məmmədxanov 2011-ci il aprelin 23-də ürək çatışmamazlığından vəfat edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət