BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Xose Qrasianu da Silva və Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov gələcək əməkdaşlığa dair saziş imzalayıblar
Saziş cümə günü Bakıda imzalanıb.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinin müxbiri imzalama mərasimindən məlumat verir.
“Saziş ASK – nın müxtəlif istiqamətlərində gələcək əməkdaşlığı nəzərdə tutur. Sənəddə Azərbaycanla FAO-nun əməkdaşlıq edəcəyi 25 prioritet istiqamət qeyd edilib”,- deyə EAO-nun Mərkəsi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinasör söyləyib
Onun sözlərinə görə, Azərbaycanın digət dövlət orqanları,vətəndaş cəmiyyətləri ,qeyri -hökumət təşkilatları da əməkdaşlığa qoşulacaq.
“Əsas istiqamətlərdən biri – aqrar sektora cəlb edilən investisiyaların artırılması, potensialın yüksəldilməsidir”, -deyə o əlavə edib.
Öz növbəsində İ.Abbasov qeyd edib ki, ASK sahəsində layihələrin uğurla reallaşdırılması üçün Azərbaycanın FAO ilə əməkdaşlığı çox vacibdir.”Ölkə Prezidenti İlham Əliyev bizim qarşımıza bu sektorda əldə edilmiş nailiyyətləri iki dəfə artırmaq vəzifəsi qoyub. Bundan başqa, qarşıda duran bir məsələ də bizim məhsullarımızın xarici bazarlara çıxarımasıdır.FAO-nun köməyi ilə biz buna nail olacağıq”,- deyə İ.Abbasov vurğulayıb.
“Azərbaycanın donor rolunda fəaliyyətinə gəlincə, bu həm texniki həm də maliyyə yardımı formasında olacaq”,- deyə nazir söyləyib.
“Bu region bizim üçün böyük əhəmiyyətə malikdir. Biz Azərbaycanla əməkdaşlığımızda region üçün xarakterik olan balıqçılığın inkişafına ,ərzaq təhlükəsizliyinə , ziyanvericilərlə mübarizəyə önəm verəcəyik”,- deyə FAO-nun baş direktoru qeyd edib.
Onun sözlərinə görə kiçik fermer təsərrüfatlarına kömək etmək vacibdir.
FAO 1945-ci ildə dünyada aclıq problemi ilə üzləşən 70% kasıb əhalinin yaşadığı kənd rayonlarının inkişafı məqsədilə yaradılıb. Təşkilat inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə xidmət edir, inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrinə kənd, meşə və balıqçılıq təsərrüfatları ilə bağlı metodların müasirləşdirilməsində kömək edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət