Milli Məclis Seçki Məcəlləsinə dəyişikliklər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri cümə günü parlamentin iclasından məlumat verib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli düzəlişləti təqdim edərək aydınlaşdırıb ki, bundan sonra Seçki komissiyaları 24 saat ərzində (qüvvədə olan qanunvericilikdə bu müddət 48 saat müəyyən edilib – İF-Az) müvafiq seçki dairəsi üzrə qeydiyyatdan keçən namizədlər barədə məlumatı mətbuata təqdim etməlidir.
Bundan başqa, düzəlişlərə əsasən, seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, iki gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilərək şikayətçiyə çatdırılacaq.
Daxil edilən dəyişikliklərə görə, hər qərar üzrə şikayət daxil olduğu gündən 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalarsa iki gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilməlidir.
Düzəlişlərə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalırsa iki gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) baxmalıdır. Qüvvədə olan qanunvericilikdə qeyd olununb ki, seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr üç gün müddətində baxmalıdır (əgər Məcəllədə daha qısa müddət müəyyən edilməyibsə).
Bundan başqa, daxil edilən dəyişikliklər nəzərdə tutur ki, referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilən aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu müddət 20 gün müəyyən edilib.
Həmçinin, düzəlişlərə əsasən, MSK Azərbaycanda Bələdiyyə seçkilərinin yekunlarını 25 gündən gec olmayaraq elan edir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu müddət 30 müəyyən edilib.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət