Naxçıvan Muxtar Respublikasında (MR) daxili işlər orqanları üçün yaradlmış şərait ölkədə bu sahəyə göstərilən xüsusi qayğının sübutudur.Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan MR Daxili İşlər Nazirliyinin Pasport qeydiyyat və Miqrasiya xidməti üçün yeni inzibati binanın açılış mərasimində belə deyib.
“Ölkə prezidentinin tapşırığına müvafiq olaraq, 2012-ci il fevralın 8-dən 2014-cü il yanvarın 1-nə qədər vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. Vətəndaşlara biometrik texnologiyalar əsasında yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi şəxsiyyəti təsdiq edən pasport, viza və digər sənədlərin mühafizə dərəcəsinin güclənməsini və şəxslər haqqında fərdi məlumatların müxtəlif informasiya resurslarında kompleks əlaqələndirilməsini
təmin edəcək “, deyə V.Talıbov bildirib.
Onun sözlərinə görə, ölkədə biometrik pasportların verilməsinə hazırlıq işləri artıq başlanıb və hazırda bu sahədə fəaliyyət göstərən stukturların maddi –texniki bazası gücləndirilir, onlar üçün yüksək iş şəraiti yaradılır.
“ Yeni inzibati binanın istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Perspektivlər nəzərə alınmaqla burada əməkdaşlar üçün yüksək iş şəraiti yaradılıb ,onların istifadəsinə ən müasir texnika verilib”,-deyə Naxçıvan MR-in rəhbəri əlavə edib.
Dörd mərtəbəli yeni inzibati binada bütün iş və xidmət otaqları müasir avadanlıqla təhciz edilib.Burda yaradılmış texniki şərait gün ərzində 150-170, hər ay 3000-3500 ümumi pasport verməyə imkan verir.
Həmin gün Ali Məclisin sədri şəhərdaxili avtomobil yolunun yenidən qurulması və Naxçıvan peşəkar -texniki sürücülük məktəbinin yeni binasının tikintisi üzrə işlərin gedişi ilə dətanış olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət