Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 60,6 mln. manat məbləğində güzəştli kreditlər verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2012-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 640 investisiya layihəsi maliyyələşdirilib.
"Bu layihələrin maliyyələşdirilməsi 2,6 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək ”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
Onun sözlərinə görə, ilin əvvəlindən respublikanın regionları üzrə 582 investisiya layihəsinin maliyyələşdirilməsinə 55 mln. manat və Bakı qəsəbələri üzrə 58 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,6 mln. manat güzəştli kredit verilib.
Məlumatda bildirilir ki, cümə günü SKMF Masallı rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak edib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 741 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət