2012-ci ilin I rübündə xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2011-ci ilin analoji dövrü ilə müqayisədə 18,7% - 570 mln. 184,8 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları üzrə lider olub. Bu investisiyaların həcmi 262 mln. 899,8 min manat və ya bütün investisiyaların 46,1%-ni təşkil edib (artım 28,9%).
ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 103 mln. 358,7 min manat (artım 30,1%) həcmində olub.
Bundan əlavə, I rübdə aşağıdakı ölkələr Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları həyata keçiriblər: Yaponiya şirkətləri - 69 mln. 754,7 min manat (artım 52,5%), Norveç – 38 mln. 789,9 min manat (artım 51,4%), Türkiyə – 30 mln. 663,4 min manat (artım 33,9%), Çexiya – 20 mln. 39,2 min manat (artım 14,3%), Fransa – 9 mln. 239,3 min manat (azalma 1,7 dəfə).
Hesabat dövründə beynəlxalq təşkilatlar sırasında Dünya Bankı 20 mln. 12,2 min manat (azalma 38,2%), Asiya İnkişaf Bankı – 14 mln. 233,5 min manat (azalma 19,4%) məbləğində investisiya qoyuluşları həyata keçirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət