2012-ci ilin yekunlarına görə, Azərbaycanda inflyasiya 3-4% təşkil edə bilər. Dövlət Statistika Komitəsinin (DSK) rəhbəri Arif Vəliyev belə hesab edir.
“I rübün nəticələrinə görə, Azərbaycanda orta illik inflyasiya 3,1% təşkil edib. Əgər hansısa bir əhəmiyyətli qiymət artımı baş verməsə, cari ilin nəticələrinə görə inflyasiyası 3-4% təşkil edəcək”, - deyə A.Vəliyev bazar ertəsi mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda orta illik inflyasiya 7,9% təşkil edib. Azərbaycan Hökuməti 2012-ci ilə orta illik inflyasiyanı 6% səviyyəsində proqnozlaşdırır.
A.Vəliyev həmçinin məlumat verib ki, 2012-ci ilin yanvar-matr aylarının nəticələrinə görə, neft hasilatı həcminin 5,7% azalması 2011-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə neft hasilatının azalmasının təbii səbəbləri ilə əlaqədar deyil. "Bu neftin hasilatının müddətini artırmaq üçün hasilat templərinin qəsdən azalmasıdır. Belə ki, neft hasilatının hazırki templəri ilə biz onun hasilat müddətini daha 15-20, bəlkə də 50 il uzada bilərik”, - deyə A.Vəliyev bildirib.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft hasilatı 11 mln. 298,7 min ton təşkil edib. Azərbaycan hökuməti 2012-ci ilin yekunları üzrə neft hasilatını 45 mln. 977,1 min ton həcmində proqnozlaşdırır.
Komitə rəhbəri həmçinin məlumat verib ki, DSK “Elerktron hökümət” layihəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.
“2012-ci ilin sonuna kimi böyük və orta, perspektivdə isə kiçik müəssisələrdən hesabatların elektron formada qəbulu təmin ediləcək. Hazırda bir sıra hesabatların qəbulu artıq elektron formada həyata keçirilir”, - deyə A.Vəliyev qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət