Azərbaycan sahibkarları Rusiya Federasiyasının subyektlərinə, həmçinin Dağıstana investisiyala qoyuluşlarında fəal iştirak edirlər. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov cümə axşamı Bakıda keçirilən Azərbaycan və Dağıstan sahibkarlarının işgüzar görüşü çərçivəsində jurnalistlərə bəyan edib.
“Hər iki tərəf investisiya qoyuluşunda maraqlıdır. Xüsusilə, inşaat və ərzaq sahələri prioritetdir. Biznes-imkanların müzakirəsi və sahibkarlarımızın yaxınlaşması çox vacibdir”, - deyə N.Səfərov bildirib.
Dağıstan baş nazirinin müavini Rizvan Qazımaqomedov qeyd edib ki, Azərbaycan sahibkarlarının köməyi ilə iri investisiya layihələri reallaşdırılır.
“2011-ci ilin noyabrında Azərbaycan nümayəndə heyətinin Dağıstana səfəri çərçivəsində məhsuldar görüşlər keçirilib, nəticədə 10 layihə hazırlanıb. Xüsusilə, onlar ASK sektorunu, yəni qənd, tomat və konserv məhsullarının istehsalın üçün istixana komplekslərinin tikintisini əhatə edir”, - deyə R.Qazımaqomedov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərək bildirib.
O həmçinin qeyd edib ki, energetika sahəsində əməkdaşlıq, xüsusilə Samur hovuzunun və Xəzərin potensialından istifadə əhəmiyyətlidir. “Samur - bizim ümumi çayımızdır və biz onun resurslarından rasional istifadə etməliyik.”, - deyə o bildirib.
“Bizim üçün həmçinin, nəqliyyat və logistika məsələsi vacibdir. Hər iki ölkənin coğrafi və strateji mövqeyini nəzərə alaraq nəqliyyat-logistika terminalların tikintisi lazımdır”, - deyə o bildirib.
R.Qazımaqomedov vurğulayıb ki, turizm sahəsində əməkdaşlıq həmçinin hər iki tərəfə böyük xeyir gətirəcək. “Bu sektorda yaxşı perspektivlər var. Bizim məqsədimiz sahibkarlara hərtərəfli kömək göstərməkdir”, - deyə o qeyd edib.
Tədbirdə Dağıstanın investisiya imkanlarının təqdimatı keçirilib.
İşgüzar görüşdə hər iki tərəfdən 50-dən artıq şirkətin nümayəndələri iştirak edirlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət