Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Bolqarıstanın Ticarət-Sənaye Palatası əməkdaşlıq haqqında memorandum imzalayıblar.
"İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin verdiyi məlumata görə, memorandum cümə günü Bakıda Azərbaycan və Bolqarıstanın iş adamlarının görüşü çərçivəsində imzalanıb.
Görüşdə Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin şöbə müdiri Yordan Tenev qeyd edib ki, 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi $33 mln. təşkil edib ki, bu da mövcud potensialdan aşağıdır.
Onun sözlərinə görə, Bolqarıstan Azərbaycanla turizm, energetika, qida sənayesi, logistika, əczaçılıq və digər sahələrdə əməkdaşlıqda maraqlıdır”.
"Biz Azərbaycanda tenderlərdə və müxtəlif layihələrdə iştirak etmək niyyətindəyik", - deyə o əlavə edib.
Y.Tenev vurğulayıb ki, Bolqarıstan tərəfi Azərbaycan turistlərinin ölkəyə axınının artmasına çalışacaq.
Azpromo-nun prezidenti Adil Məmmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası siyasəti ölkəni investisiya qoyuluşları üçün cəlbedici edir. O həmçinin hesab edir ki, hər iki tərəf iş adamları arasında əməkdaşlığın inkişafı üçün səy göstərməlidir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət