ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi tabeliyində olan zavodlarda istehsal edilmiş kimyəvi məhsulların satışını elan edib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Satışa təklif olunan kimyəvi məhsulların ümumi həcmi 3,11 min ton təşkil edir.
Məhsulun, yarımfabrikat və xammalın adı | Miqdar (ton) |
Tətbiq sahəsi |
Qliserin | 190,0 | Qida sənayesində, tütün istehsalında, tibb sahəsində, toxuculuq, lak və boya sənayesində, kənd təsərrüfatında, elektrotexnika və radiotexnika sahəsində və s. |
Optofosfat turşusu | 19,0 | Lehimləmə zamanı aşqar kimi (mis, qara metal, paslanmayan polad), molekulyar biologiya sahəsində tədqiqatlar zamanı, paslanmış metal səthlərin təmizlənməsi üçün də istifadə olunur (korroziyanın qarşısını almaq üçün təmizlənmiş səthdə qoruyucu qat əmələ gətirir). Sənaye soyuducu qurğularında freonların tərkibində köməkçi vasitə kimi də istifadə olunur. |
Kalium qələvisi | 2,0 | E525 qida əlavələri kimi qida sənayesində, metan qazının alınmasında, məhlullarda turşu qazlarının tutulması və bəzi kationların müəyyən edilməsində istifadə olunur. Maye yuyucu vasitələrinin və kalium duzlarının alınmasında ilkin məhsul kimi istifadə edilir və s. |
Natrium bixromat | 14,0 | Dəri və xəz sənayesində, kimya sənayesində qeyri-üzvi kimya birləşmələrinin, katalizatorların və xromtərkibli biləşmələrin alınmasında, toxuculuq sənayesində parçaların boyanmasında, digər sənaye sahələrində, kimyəvi reaktivlərin, mühərriklər üçün antifrizin alınmasında, asetilenin təmizlənməsində və qələvi batareyalarda elektrolit kimi istifadə olunur. |
MLSP-R polimeri | 63,0 | Modifikasiya olunmuş MLSP-R polimeri neft və qaz quyularının qazılması zamanı qazma məhsullarının durulaşdırıcısı kimi istifadə edilir. |
Dixloretan | 317,0 | Vinilxlorid, etilendiamin, əczaçılıq preparatlarının istehsalında və həlledici kimi istifadə olunur. |
Əhəng daşı | 2505,0 | Tikintidə və əhəng südü almaq üçün istifadə edilir. |
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət