Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Ticarət və İnkişaf Bankının səhmdarı olmaq niyyətindədir.
Bu barədə ECO-nun baş katibinin müavini Fateh Ünlü çərşənbə günü Bakıda məlumat verib.
“Hazırda bankın nizamnamə kapitalı $460 mln. təşkil edir.Azərbaycan bankın səhmdarlarından biri olmağı planlaşdırır.Düşünürəm ki ,ölkə bunun üçün təxminən $10 mln. ayıracaq.”,- deyə F.Ünlü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclası zamanı jurnalistlərə bildirib.
O həmçinin qeyd edib ki, yaxın iki-üç ay ərzində Azərbaycan sənədləşdirmə işlərini başa çatdırmalıdır, bundan sonra müvafiq saziş imzalanacaq .
“Bundan sonra biz Azərbaycanda və müxtəlif sahələrdə layihələrin maliyyələşdirilməsinə başlaya bilərik”,- deyə F.Ünlü bildirib.
O qeyd edib ki, iki həftədən sonra Türkiyədə bir sıra ECO ölkələri - İran, Əfqanıstan, Türkiyə, Pakistan və Tacikistan arasında gömrük tariflərinin aşağı salınması məsələsi müzakirə olunacaq
“Azərbaycan da bu müzakirələrdə müşahidəçi qismində təmsil olunacaq.Biz Azərbaycanın da tariflərin aşağı salınması məsələsinə qoşulmasını istərdik”,- deyə o bildirib.
ECO hökumətlərarası regional təşkilatdır.Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Pakistan. Tacikistan, Türkiyə ,Türkmənistan və Özbəkistan təşkilatın üzvləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət