Nazirlər Kabineti "Xarici ticarətin gömrük statistikasının (XTGS) nəşr olunması Qaydası"nı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qaydalara əsasən, XTGS müntəzəm olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında yerləşdirilməklə, mətbuatda dərc edilməklə və statistik məcmuələr və bülletenlər şəklində nəşr edilməklə yayılır. Aylıq məlumatlar növbəti ayın 15-dək Komitənin rəsmi internet saytında yerləşdirilir və Komitənin mətbu orqanında dərc edilir. Rüblük məlumatlar həmin rübdən sonra 90 gün ərzində "Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası" məcmuəsi şəklində nəşr edilir.
Məlumatların həqiqiliyinə və dəqiqliyinə inamı artırmaq və onların istifadəçilər tərəfindən düzgün anlaşılmasına nail olmaq məqsədi ilə statistik nəşrlərə məlumatların mənbələri haqqında informasiya daxil edilir və məlumatlar müntəzəm olaraq yeniləşdirilir.
XTGS aşağıdakı bölmələr üzrə ayrı-ayrılıqda və ya toplu şəklində nəşr edilməklə yayılır: Azərbaycan Respublikasının xarici ticarətinin ümumi yekunları; idxal və ixracın aylar üzrə dinamikası; mallar üzrə idxal və ixrac; ölkələr üzrə idxal və ixrac; hər hansı ölkəyə görə mallar üzrə idxal və ixrac; hər hansı mala görə ölkələr üzrə idxal və ixrac; ölkə qrupları üzrə idxal və ixrac; gömrük ödənişləri.
Malların idxalı və ixracı haqqında məlumatlar xarici iqtisadi fəaliyyət iştirakçısı ilə bağlı olduqda konfidensial sayılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət