SOCAR şirkətinə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) məxsus olan “Qara dəniz Kulevi” Neft Terminalı MMC Gürcüstanda neft məhsullarının yükboşaltma məntəqəsi üçün “Parto Tskali” dəmiryolu stansiyasının inşasını başa çatdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
“Bütün müasir tələblərə cavab verən stansiya Gürcüstanın ümumi dəmiryol sisteminə dörd xətlə qoşulub. Ötən həftə, mayın 1-də stansiya göndərilmiş neft məhsullarından ibarət ilk yük - 30 vaqon dizel yanacağı qəbul edib”, - deyə məlumatda bildirilir.
SOCAR-ın məlumatına görə, bu stansiyanın inşası terminala daha əfektiv və tez fəaliyyət göstərməyə imkan verəcək, çünki yük qəbulu terminaldan 20 km məsafədə Çaladidi stansiyasında deyil, artıq 1,5 km məsafədə yeerləşən “Parto Tskali” stansiyasında həyata keçiriləcək.
Bu isə, öz növbəsində geçikmələri aradan qaldıracaq və Terminala neft məhsullarının boşaldılması üçün əlavə 4 saat vaxt qazandıracaq. Bununla yanaşı Terminalın ötürücülük gücü 30 % artacaq və daha uzaq məsafədən neft məhsullarının nəqlini təmin etməyə xərclənən illik $50 minə qənaət ediləcək.
“Qara dənizin terminalı” MMC 2008-ci ildə “Gürcüstan dəmir yolu” MMC ilə müqavilə imzalayıb. Buna əsasən, “Kulevi” terminalı Gürcüstanın dəmir yolu sisteminin bəzi sahələrinin inkişafı, tikintisi və yenidən qurulmasını üzrə öhdəlikləri öz üzərinə götürüb. Layihə aşağıdakı mərhələlərdən ibarətdir - yeni obyektlərin tikintisi, mövcud olanların yenidənqurulması, əlaqə şəbəkəsinin təşkili və ümumi elektrik mərkəzləşdirməyə qoşulması.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət