“Bakıelektrikşəbəkə”ASC Bakıda “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə şirkətin məlumatında bildirilir.
“Bu tədbir müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall”və konfrans zalının, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, Dəmir Yol Vağzalının, H.Əliyev adına İdman və Konsert Kompleksinin, Əl Oyunları Sarayının, Bakı Biznes Mərkəzinin, Dənizkənarı Milli Parkın və “İçərişəhər” Dövlət Tarixi - Memarlıq Qoruğu ərazilərinin, muzeylərin, küçə, park və fəvvarələrin, , habelə mehmanxanaların, qonaq evlərinin, , restoranların, barların və digər obyektlərin elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunması üçün həyata keçirilir”,- deyə məlumatda bildirilir.
ASC tərəfindən “Badamdar”,”İçərişəhər”, ”Liman”, ”Yeni Bayıl”,”Bayraq Meydanı”, “Dağüstü Park”, eləcə də müsabiqənin keçiriləcəyi yerləri elektrik enerjisi ilə təmin edən 203, 227 nömrəli yarımstansiyalarda və digər obyektlərdə tam təftiş aparılıb, bu yarımstansiyaların işinə təhkim edilmiş işçi qruplar yaradılıb.
Işçi qruplarının zəruri maşın-mexanizm, xüsusi geyim, müvafiq alət və elektrik avadanlıqları ilə, o cümlədən digər texniki vasitələrlə təchiz olunması təmin edilib.
Bundan başqa, şəhərin mərkəzini əhatə edən 110/35 kV-luq yarımstansiyalar SCADA sisteminə goşulub. Yarımstansiyalarda yarana biləcək hər hansı problem bu sistem sayəsində dərhal dispetçer məntəqəsinə ötürülür və operativ müdaxilə etmə imkanı yaradır.
“Eurovision -2012”mahnı müsabiqəsi 20-26 mayda Bakıda keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət