2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM 16,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Yanvar-aprel aylarında məhsul istehsalı qeyri-neft sektorunda 9,5% artıb, neft-qaz sektorunda isə 6,4% azalıb.
DSK-nın məlumatına görə, əgər 2012-ci ilin yanvar-aprel aylarında neft-qaz sektorunda məhsul istehsalı ötən ilin müvafiq dövrünün səviyyəsində olsa idi, ümumi daxili məhsul istehsalı 4% artmış olardı.
Cari ilin yanvar-aprel aylarında ümumi daxili məhsulun 68,5%-i məhsul istehsalı, 25,3%-i xidmət sahələrində yaradılıb, 6,2%-i isə məhsula və idxala xalis vergilər təşkil edib.
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1820 manata çatıb ($2314,6).
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.
Azərbaycan hökuməti 2012-ci ildə ÜDM-nin artımını 5,7% səviyyəsində proqnozlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət