Azərbaycanda hazırda “qaçqın” statusu almaq istəyən 1767 şəxs mövcuddur. Bu rəqəm 18 il öncə 12 min nəfər təşkil edib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev bildirib.
DMX-nin mətbuat xidməti çərşənbə axşamı verdiyi məlumata görə, 11-12 may tarixlərində Aşqabadda keçirilən “Müsəlman dünyasında qaçqınlar” mövzusunda konfransda R.Musayev həmçinin məlumat verib ki, Azərbaycan höküməti Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün olan vətəndaşların problemlərinin həllinə böyük diqqət yetirilir. Belə ki, 12998-ci ildə Ermənistandan olan 250 min nəfər azərbaycanlı qaçqına Azərbaycan vətəndaşlığı verilib. Qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun həddi 74%-dən 18%-dək azalıb.
Lakin, P.Musayev qeyd edib ki, qaçqın və məcburi köçkünklərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar müvəqqəti tədbirlərdir. Belə ki, bu problemlərin yekun və yeganə həlli işğal olunan ərazilərin azad edilməsi və məcburi köçkün düşən insanların doğma torpaqlarına qayıtmasıdır.
P.Musayev konfrans iştirakçılarına məlumat verib ki, Azərbaycanın işğal altında olan 20% ərazisində infrastruktur tamamilə dağıdılıb. 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq erməni əsilli mülki əhali kənardan gətirilərək bu ərazilərə yerləşdirilir. Tərkibində BMT QAK-ın nümayəndələrinin də iştirak etdiyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin səhra qiymətləndirmə missiyası 2010-cu ilin oktyabrında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bunun şahidi olub.
DMX nümayəndəsi bəyan edib ki, bu vəziyyət region üçün təhlükə yaradır və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunması üçün səy göstərməlidir.
İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə keçirilən konfransda təxminən 40 təşkilat və 21 ölkə iştirak edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət