Baş nazirin müavini Əli Həsənov İranın və Rusiyanın Azərbaycandakı səfirlərini Azərbaycan tarixinin faciəli faktlarına laqeydlikdə ittiham edib.
““Laçınsız...” filminin təqdimatına dəvət etsək də, nə Rusiya, nə İran səfiri tədbirə gəlməyiblər”, - deyə Ə.Həsənov Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 ili ilə bağlı keçirilən anım tədbirindəbəyan edib.
“Rusiyanın səfiri hətta nümayəndəsini göndərməyərək iştirak etmir (tədbirdə – İF-Az.), İranın səfiri, heç olmasa, məşğulluğunu əsas gətirərək öz nümayəndəsini göndərib. Rusiyanın səfiri bizim heç bir günümüzdə (hüznlü – İF-Az.) tədbirlərdə iştirak etmir. Lakin, bizim hörmətli nazirlərimiz, parlament üzvləri Rusiya səfirliyinin keçirdiyi bütün tədbirlərdə iştirak edirlər. Nə səbəbə münasibətlər qarşılıqlı xarakter daşımır?", - deyə Ə.Həsənov sual verib.
Bununla yanaşı, baş nazirin müavini qeyd edib ki, sözləri ilə Rusiya dövlətinin siyasətinə qarşı çıxmır. “Sadəcə, söhbət Azərbaycanda fəaliyyət göstərən səfirliyin Azərbaycan xalqının ümummilli lideri (Heydər Əliyev – İF-Az.)tərəfindən 1№ -li kimi göstərilən problemə münasibətdən gedir”, - deyə o qeyd edib.
Baş nazirin müavini Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovu Laçın rayonunun işğalı zamanı Ermənistana yardım etməsində ittiham edib. “Pavel Qraçovun anasının erməni olduğu heç kimə sirr deyil. Mayın 8-də Şuşanın işğalı günü Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib. Həmin il mayın 17-də Boris Yeltsin (Rusiyanin birinci prezidenti –İF-Az.) onu Rusiyanın müdafiə naziri təyin edib. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub”, - deyə Ə.Həsənov bildirib.
Baş nazirin müavini ümid edir ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında obyektivlik nümayiş edəcək. “Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir”, - deyə Ə.Həsənov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət