Milli Təhlükəsizlik Nazirliyi qanunsuz beynəlxalq rabitə xidməti yaradaraq milli mobil rabitə operatorlarının imkanlarından qanunsuz istifadə edən iki cinayətkar qrupu zərərsizləşdirib.Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında bildirilir.
Məlumata əsasən, zərərsizləşdirilən qruplardan biri 6 Azərbaycan vətəndaşından , digəri Çin vətəndaşları da daxil olmaqla bir-neçə nəfərdən ibarət olub.
Müəyyən edilib ki, bu qruplar qanunsuz yolla “Azərifon”MMC və “Baksell Ltd” MMC-nin xüsusi texniki vasitələrinə qoşularaq bu qayda ilə beynəlxalq rabitə xidməti təşkil ediblər. Qrup üzvləri bu məqsədlə GSM avadanlığı və digər texnika əldə edərək onları Bakı,Sumqayıt,Xırdalan və Gəncədə müxtəlif mənzillərə yerləşdirib.
Qruplardan biri “Azərifon”MMC-də müxtəlif şəxslərə məxsus 50, digəri “Azərifon”MMC və “Baksell Ltd”MMC-də 64 GSM mobil telefon nömrəsi əldə edərək onlar vasitəsi ilə internetə qoşulub və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) beynəlxalq telefon stansiyalarından istifadə ediblər.
Yalnız bir qrup tərəfindən RİTN-ə vurulan ziyan 100 min manat təşkil edir.
Hər iki fakt üzrə Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyata keçirilən qanunsuz sahibkarlıqla məşğul olma maddəsi ilə cinayət işi qaldırılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət