Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) metalkəsən dəzgahların və onlar üçün texnoloji avadanlıqların istehsalı ilə məşğul olan “Bakı dəzgahqayırma” SC-nin səhmlərinin 99,7%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən bildirilib.
SC-nin 890,3 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı müasir tələblərə cavab verən metalkəsən dəzgahların istehsalına yönəldilməlidir. Bununla əlaqədar proqrama müasir texnologiyaların tətbiqi; məhsul çeşidinin genişləndirlməsi; yeni iş yerlərinin açılması və işçilərin sosial təminatına dair təkliflər, o cümlədən bu məqsədlər üçün investisiyaların həcmi və onların yatırılma müddəti daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 600 min manat köçürməlidir.
Səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi sərmayələrin bəyan edilmiş həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində nəzərdə tutulmuş səhmlərə görə vəsaitləri isə 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2012-ci il iyunun 27-dək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi iyunun 29-da keçiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK 2011-ci ilin aprel ayında bu müəssisənin səhmlərinin 99,7%-ni investisiya müsabiqəsinə çıxarıb, lakin səhmlərin alıcısı olmayıb.
“Bakı dəzgahgayırma” SC Bakı şəhərində yerləşir. Müəssisə 1982-ci ildə işə salınıb. SC-də 44 nəfər çalışır.
1 may 2012-ci il tarixinə SC-nin öhdəlikləri 124,151 min manat təşkil edib. Müəssisənin debitor borcları 114,535 min manata bərabərdir.
2012-ci il mayın 1-nə SC-nin nizamnamə kapitalı 1 mln. 785,976 min manat təşkil edir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət