ABŞ və İsrail ilə əlaqələri inkişaf etdirən Azərbaycanın müstəqil siyasətindən İranın narazılığı müxtəlif növ fitnəkarlıqlarla məhdudlaşacaq və açıq münaqişəyə keçməyəcək. İsrailli tarixçi və sosioloq Aleks Pisman belə hesab edir.
“Hesab edirəm ki, bu gün İran Azərbaycana qarşı hədə-qorxu, diplomatik çıxışlar və müxtəlif “iyrəncliklər”dən artıq heç nə etməyəcək. Ayətullalar və Əhmədinecad üçün Azərbaycanla real münaqişəyə qarışmaq doğrudan da böyük riskdir. Cünki bu İran üçün qabaqcadan xəbər verilməsi çox çətin və uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər”, - deyə ekspert “Interfaks-Azərbaycan” agentliyinə bu yaxınlarda İranın öz səfirini Bakıdan çağırdığını şərh edərək bildirib.
İranda aparılan Azərbaycan əleyhinə təbliğatı səciyyələndirərək A.Pisman qeyd edib ki, “İranın hazırki rəhbərliyin xarici siyasətinin əsas prinsipi – yalan və saxtalarkarlıqdır. Bu rəhbərlik bütün dünyanı həm də olduqca uğurla aldadır, lakin bunun da zamanı bitəcək”.
Onun qənaətinə görə, İran Azərbaycanla İsrail arasında münasibətlərin inkişafına təsir edə bilməyəcək, hərçənd ki, “onlar nümunə olaraq etimad, qarşılıqlı sərfəli əsasda qurulub və qurulur, ildən ilə daha da genişlənir”. “Düşünmürəm ki, yaxın illərdə bu münasibətlərin zəifləməsi və ya dayandırılması tendensiyası baş verə bilər”, - deyə tarixçi bəyan edib.
Son zamanlar İranın Bakıdakı səfirliyi qarşısında Tehranın Azərbaycan əleyhinə siyasəti və bu ölkənin çoxmilyonlu azərbaycanlı əhalisinin hüquqlarının məhdudlaşdırılmasına qarşı etiraz əlaməti olaraq Azərbaycanın müxalifət və diaspor təşkilatlarının bir neçə etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı tənqidi şərhlərlə İranın perzidenti və dini liderinin şəkillərindən istifadə edilib.
Piketlər Tehran, Təbriz və İranın digər şəhərlərində daimi və indiyə qədər davam edən Azərbaycan əleyhinə etiraz aksiyalarına cavab olaraq keçirilib. Aksiya iştirakçıları Azərbaycan hökümətini Qərb ölkələri ilə əməkdaşlığını və Bakıda, onların fikrincə, islam qanunlarına zidd olan, “Eurovision” müsabiqəsinin keçirilməsini tənqid edirlər.
Mayın 21-də İran Azərbaycandakı səfiri Məhəmmədbagir Bəhramini məsləşətləşmələr üçün geri çağırıb. Bunu, Bakıda keçirilən aksiya zamanı İran dini rəhbərliyinin təhqir edilməsi ilə əsaslandırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət