Azərbaycan Dövlət Rus Dram Teatrı Ukraynada M.F.Axundzadənin komediyası əsasında hazırlanan tamaşa göstərəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə teatrdan məlumat verilib.
Ukraynada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Rus Dram Teatrı Ukrayna tamaşaçılarına dramaturq M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyasının motivləri əsasında hazırlanmış tamaşa təqdim edəcək.
Tamaşa Kiyevdə (2 iyun) və Odessada (4 iyun) göstəriləcək.
Bu musiqili tamaşada yer almış səkkiz mahnının müəllifləri Vaqif Gərayzadə (musiqi) və Azərbaycanın xalq artisti Aleksandra Nikuşina (şerlər); kostyumların müəllifi Fəxriyyə Xələfova; rəssam-dekorator Sankt-Peterburqdan dəvət edilmiş Nikita Sazonovdur.
Rolları xalq artisti Mabud Məhərrəmov; əməkdar artistlər Fuad Osmanov, Natalya Şarovskaya, Mələk Abbaszadə; aktyorlar Əsgər Rəhimov, Həcər Ağayeva və Murad Məmmədov, Salman Bayramov və İnna İmranova ifa edirlər.
Teatr bu tamaşa ilə dəfələrlə qastrol səfərlərində olub və müxtəlif beynəlxalq festivallarda iştirak edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət