Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda "AQA" şirkətlər qrupuna $22 mln. kredit ayırıb.
"İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin verdiyi xəbərə görə, çərşənbə axşamı Bakıda QDTİB və "AQA" şirkətlər qrupu müvafiq kredit sazişi imzalayıblar.
"Kredit 7 il müddətinə verilib. Cəlb edilmiş vəsaitlər "Demirchi Business Centre" iş mərkəzinin tikintisi üçün istifadə ediləcək”, - deyə şirkətlər qrupunun prezidenti Aydın Demirçi jurnalistlərə bildirib.
O həmçinin qeyd edib ki, kreditin cəlb edilməsində “Pasha Bank” vasitəçi kimi çıxış edib. "Avropa bankları Azərbaycan şirkətlərinə birdəfəlik kreditlər ayırmır və buna görə kredit üzrə zamin “Pasha Bank” olub", - deyə A.Demirçi izah edib.
Şirkətlər qrupunun prezidenti bildirib ki, 25 mərtəbəli biznes mərkəzinin tikintisinə 2010-cu ilin iyun ayında başlanılıb və tikinti işlərinin cari ilin dekabr ayına qədər başa çatdırılması planlaşdırılır. Bununla belə o, mərkəzin inşası layihəsinin ümumi dəyərini açıqlamayıb.
"2011-ci ildə biz Azərbaycanın dövlət büdcəsinə 300 min manat vergi köçürmüşük", - deyə A.Demirçi vurğulayıb.
"Biz Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan bankın böyük investorlarından biridir və əminəm ki, əməkdaşlığımız bundan sonra da inkişaf edəcək", - deyə QDTİB-in birinci vitse-prezident Mustafa Boran qeyd edib.
"AQA" şirkətlər qrupu 1994-cü ildə yaradılıb. Onun strukturuna əsas məqsədləri binaların tikintisi və icarəyə verilməsi olan bir sıra şirkətlər daxildir.
QDTİB 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadi inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin - Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5% təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət