Bu ilin may ayında İspaniyada keçirilən “Həyatın dadı” VII beynəlxalq kulinariya sənəti müsabiqəsində Azərbaycandan olan komanda üç qızıl, iki gümüş və dörd bürünc medal, o cümlədən iki diplom qazanıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov məlumat verib.
“Komandamız həmçinin iyunun 7-8-də Çeboksarıda keçiriləcək beynəlxalq kulinariya çempionatında iştirak edəcək”, - deyə o cümə günü mətbuat konfransında bildirib.
“Çeboksarıda müsabiqədə yeməklərin hazırlanmasında biz dizaynda “Eurovision-2012” loqotipinin elementlərindən istifadə etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.
T.Əmiraslanov həmçinin məlumat verib ki, Azərbaycan tərəfi bir neçə yeməklərin türk xalqlarına aid olduğunu sübut edən elmi və tarixi məlumatları Türkiyə kulinarlarına çatdırmaq niyyətindədir. “Türk həmkarlarımızın xahişi ilə biz dolmanın qədim türk yeməyi olduğu barədə elmi məlumatlar toplayıb onlara çatdırmaq istəyirik”, - deyə o bəyan edib.
Onun sözlərinə görə, bu faktın təsdiq edilməsinə səbəb ermənilərin bu yeməyi özlərinki kimi qələmə vermələridir. “Türk dostlarımız dolmanı milli brendə çevirmək istəyirlər, buna görə Azərbaycanın bir neçə il ərzində topladığı müvafiq məlumatları onların sərəncamına vermək lazımdır”, - deyə T.Əmiraslanov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət