2011-ci ilin dekabr ayının 16-dan Azərbaycanda İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi üzrə 29.2 mln. manat məbləğində sığorta haqqı əldə ediblər.Bu barədə İcbari Sığorta Bürosunun məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tariflərlə satışına başlanıb.
“İcbari sığorta növləri haqqında”qanun tətbiq edilməyə başladıqdan sonra Büro üzvü olan 11 sığorta şirkəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 388,8 min sığorta müqaviləsi bağlayıb, o cümlədən xaricdə qeydiyyatda olan və Azərbaycandan tranzit məqsədlə keçən (müqavilə 1 ay müddətinə bağlanır İF-Az) avtomobil nəqliyyat vasitələrinin sığortası üzrə 80,8 min müqavilə bağlanıb.Bunlara əsasən sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi miqdarı 29,2 mln. manat təşkil edib”,- deyə məlumatda bildirilir.
Büronun məlumatına əsasən, Büro üzvləri tərəfindən 2012-ci ilin may ayında 118,4 min sığorta müqaviuləsi bağlanıb .O cümlədən, xaricdə qeydiyyatda olan və Azərbaycandan tranzit məqsədlə keçən avtomobil nəqliyyat vasitələrinin sığortası üzrə 19,1 min müqavilə bağlanıb. Bu ilin may ayında sığortaçıların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əldə etdikləri sığorta haqları 8,9 mln. manata bərabər olub.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb.
“İcbari sığorta növləri haqqında” qanun icbari sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətlərinin iflasa uğradıqları zaman həyata keçiriləcək
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətlərinin iflasa uğradıqları zaman həyata keçiriləcək
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Qanun çərçivəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi tətbiq edilib. Xüsusilə, 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərikinin həcmi 1500 kub. santimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artıqca 1,5-5 əmsalları tətbiq olunacaq. Mühərrikinin həcmi 5 min kub. santimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunacaq, yəni sığorta tarifi 250 manat təşkil edəcək.
Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4 tətbiq edilir.
Yük avtomobillərində sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişəcək əmsal 3-dən 5-ə qədər təşkil edir
Motosiklet, traktorlar və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə, trolleybus və tramvaylar üçün isə əmsal 1-ə bərabərdir.
Qanuna əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka vurulmuş ziyana görə 5 min manat, sağlamlığa vurulan ziyana görə ödənilən bir nəfərə görə sığorta məbləği 5 min manat, bir sığorta hadisəsinə görə ümumi limit - 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişinin məbləği 55 min manat təşkil edə bilər.
Xəbər verildiyi kimi, Xidmətin rəyinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sisteminin tətbiqi sığortaçıların sığortanın bu növü üzrə tədiyələrinin illik 30-40 mln.manat artmasına səbəb ola bilər (2011-ci ilin yekunlarına görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortanın köhnə tarif sistemi üzrə tədiyə yığımı 4,3 mln. manat təşkil edib – İF-Az).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət