İyunun 18-20-də Bakıda Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu keçiriləcək. Bu barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) məlumatında deyilir.
Forum Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) və SMPDK-nın birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə Rumıniya, Xorvatiya, Belarus, Albaniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstanın standartlaşdırma sahəsi üzrə milli orqanların rəhbər şəxslərinin, o cümlədən İSO-nun baş katibi Rob Stilin iştirakı planlaşdırılıb.
Tədbirin keçirilməsində məqsəd Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin beynəlxalq tələblər səviyyəsində inkişafı səviyyəsini öyrənmək, qarşılıqlı əlaqələrin təmin edilməsi üçün zəruri tədbirlər görmək və keyfiyyət infrastrukturunun yaradılması və inkişafı istiqamətində milli standartlaşdırma qurumlarının rolunu qabartmaqdır.
Azərbaycan 2003-cü ildən İSO-nun tam hüquqlu üzvüdür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət