Dünya Bankı 2013-cü maliyyə ilində (2012-ci il iyulun 1-dən başlayır) Azərbaycanda üç layihənin maliyyələşdirilməsini təsdiq etməyi planlaşdırır. Bu barədə Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktoru Henri Kerali çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
H.Kerali 2012-ci ilo iyulun 1-dən etibarən vəzifələrinin icrasına başlayacaq.
“2013-cü maliyyə ilində DB Azərbaycanda üç layihənin kreditləşdirilməsini təsdiq etməyi planlaşdırır. Onlardan birincisi – “Azərbaycan kənd investisiyaları” (Azerbaijan Rural Investment Project – AzRIP) layihəsidir. Bu layihə üçün kredit ($30 mln.) Direktorlar Şurası tərəfindən artıq iyulda təsdiq ediləcək”, - deyə H.Kerali “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, ikinci layihə ASK sektorunun inkişafına yönəldiləcək və ASK məhsullarının istehsalçılarını maliyyə vəsaitləri ilə təmin edəcək.
Üçüncü layihə - səhiyyə sahəsində layihənin əlavə maliyyələşdirilməsidir.
“Bundan başqa, DB 2013-cü maliyyə ilində Azərbaycan höküməti ilə maqistral avtomobil yollarının yaxşılaşdırılması, dəmir yollarının inkişafı, infrastrukturun təkmilləşdirilməsi sahəsində cari layihələr üzrə işi davam etdirməyi planlaşdırır”, - deyə H.Kerali qeyd edib.
Cənubi Qafqaz ölkələri üzrə regional direktor postunda fəaliyyətini başa çatdıran Əsəd Alam öz növbəsində mətbuat konfransında vurğulayıb ki, iki layihə üzrə kreditin həcmi onlar hazır olduğu zaman müəyyənləşəcək.
“Deyə bilərəm ki, səhiyyə sahəsində əlavə kredit vəsaitləri həmçinin tibb işçiləri üçün treninqlərin keçirilməsinə yönəltmək planlaşdırılır. Bundan başqa, tibb işçilərinin şəffaf sertifikasiya sistemini tətbiq etmək planlaşdırılır, bu isə bu sahədə xidmətlərin reyfiyyətini artırmağa imkan yaradacaq”, - deyə o qeyd edib.
H.Kerali əlavə edib ki, Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə, baş nazir, nazirlərlə görüş keçirib. “Biz iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycan höküməti ilə əməkdaşlığı dərinləşdirmək niyyətindəyik”, - deyə o vurğulayıb.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür.2012-ci ilin əvvəlinə olan vəziyyətə görə,Azərbaycan Hökuməti DB ilə ümumi məbləği $3 mlrd. 54,9 mln.-a bərabər olan kredit sazişləri imzalayıb. Bankın cari portfeli Azərbaycanda 21 layihə üzrə $2 mlrd. 206,6 mln təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət