Bakıda “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
“Azərbaycan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin inkişafı və fəaliyyətinə böyük əhəmiyyət verir, çünki bu ümumilikdə iqtisadiyyatın inkişafına müsbət təsir göstərir”, - deyə konfransın açılışında çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.
Nazir müavini həmçinin bu sahədə daha yüksək nailiyyətlərin əldə edilməsi məqsədi ilə qanunverici bazanın təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanunverici bazanın təkmilləşdirilməsi üçün “Rəqabət haqqında” Məcəllə hazırlanır. O vurğulayıb ki, bu konfransın təcrübəsi sənədin təkmilləşdirilməsində istifadə olunacaq.
Azərbaycanda antiinhisar siyasəti orqanının yaranmasının 20 illiyinə həsr olunan konfransda 17 ölkənin müvafiq orqanlarının və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət