Azərbaycan Prezidenti İlham Əliyev “2012-ci ildə Azərbaycanın Dövlət büdcəsi haqqında” qanuna gəlir və xərclərin 600 mln. məbləğdə artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Dəyişikliklərə əsasən, büdcə gəlirləri 17 mlrd. 38 mln. manat, xərclər isə 107 mlrd. 672 mln. manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 634 mln. və ya ÜDM-nin 1.4%-i səviyyəsində saxlanılıb. Bununla yanaşı, dövlət büdcəsinin gəlirləri ilkin proqnozlara nisbətən 3,7%, xərcləri 3,5% artırılacaq.
Əlavə büdcə gəlirləri vergilər nazirliyi xətti ilə neft və qeyri- neft sahələrindən daxilolmaların artırılması hesabına təmin olunacaq
Dəyişikliklər neft qiymətlərinin proqnozlarının bir barel üçün 80 dollardan 100 dollara qədər artırılmasını nəzərdə tutur.
Öz növbəsində əlavə xərclər may ayının əvvəlində zəlzələdən zərər çəkmiş Zaqatala,Qax, Şəki,Balakən rayonlarının sosial –iqtisadi infrastrukturunun bərpasına yönəldiləcək.
Bundan başqa,əlavə gəlirlərin bir hissəsinin 2010 –cu ildə Azərbaycanın bölgələrində baş vermiş daşqınların və 2012-ci ildə Bakının bir sıra rayonlarında baş vermiş torpaq sürüşmələrinin nəticələrinin aradan qaldırılması üçün istifadə edilməsi nəzərdə tutulur. Xüsusilə, bu məqsədlərə 50 mln. manat ayrılacaq
Ümumilikdə,əlavə büdcə xərclərindən 350 mln. manat Azərbaycanın regionlarında fövqəladə halların - yəni zəlzələ daşqın və digər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Büdcə xərclərinin bir hissəsi Bakı ətrafı qəsəbələrdə su təchizatının yaxşıladırılmasına və qrunt sularla mübarizəyə, Bakı kəndlərinin və qəsəbələrinin ekoloji və sanitar mühitinin yaxşılaşdırılmasına, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə ayrılacaq.Bu məqsədlərə 200 mln . manat yönəldiləcək.
Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə 45 mln. manat ayrılması planlaşdırılır.
Xəbər verildiyi kimi, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2012-ci ildə 16 mlrd. 438 mln. manat ,xərcləri 17 mlrd. 72 mln. manat səviyyəsində təsdiqlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət