S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı çərşənbə günü Moskvada Aleksandr Kalyaginin “Et Cetera” teatrında azərbaycanlı dramaturq Mirzə Fətəli Axundzadənin komediyasının motivləri əsasında “Müsyo Jordan, alim nəbatatçı və məşhur cadugər dərviş Məstəlişah” tamaşasını nümayiş edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Tamaşadan öncə çıxış edən RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Azərbaycan Dövlət Rus Dram Teatrı MDB-də ən məşhurlardan biridir. “Teatr hər zaman repertuarı ilə fərqlənib və mən ilk dəfə keçirilən Moskvada bu qastrollardan məmnunam”, - deyə M.Şvıdkoy bildirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu M.F Axundzadənin 200 illiyi ilə Əlaqədar keçirilən tədbirlər çərçivəsində və Rus Dram Teatrının çətin 1990-cı illərdə qorunmasının vacibliyini vurğulayıb. “Mən o dövrdə Azərbaycanın mədəniyyət naziri olaraq teatra mümkün olan köməyi göstərmişəm. Çox şadam ki, teatr o çətin dövr ərzində fəaliyytini dayandırmayıb”, - deyə P.Bülbüloğlu bildirib.
Tamaşada diplomatik missiyaların, Heydər Əliyev Fondunun, ictimaiyyət, Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Tamaşa böyük uğurla keçib, artistlərin çıxışları dəfələrlə gurultulu alqışlarla müşahidə edilib.
Sonda teatrın baş rejissoru Aleksand Şarovski Rus Dram Teatrının hərtərəfli dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Məşhur rusiyalı teatr tənqidçisi, məşhur aktyor Oleq Yefremovun qızı Anastasiya Yefremova “İnterfaks-Azərbaycan” agentliyinə tamaşa barədə təəssüratlarını şərh edib.
“Mən Moskvada qastrol tamaşalarına çox seçkili şəkildə gəlirəm. Rus Dram Teatrının qastrollarına gələndə mən öncədən bilirdim ki, məni unudulmaz bayram gözləyir və mən ümidlərimdə yanılmadım”, - deyə A.Yefremova bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət