ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılmasına kömək göstərməlidirlər, əks halda onların vasitəçilik fəaliyyəti mənasızdır.Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov belə bəyan edir.
Biz ATƏT-in Minsk qrupunun həmsədrlərindən Qarabağ problemini tez zamanda həll etməyi və işğal edilmiş torpaqları geri qaytarmalarını gözləyirik”,- deyə Ə.Əhmədov vasitələrin münaqişə zonasına edəcəkləri səfər öncəsi cümə günü jurnalistlərlə öz fikirlərini bölüşüb.
Hakim partiyanın nümayəndəsi qeyd edib ki, həmsədrlər münaqişə zonasına tez- tez lakin nəticəsiz səfərlər edirlər ki , bu da xalq arasında “turist” səfərləri deyə adlandırılır.”Biz bu səfərlərin əleyhinə deyilik, əgər gəlirlərsə demək qarşılarına münaqişənin nizamlanması yolunda irəliləyişə nail olmaq məqsədi qoyublar.Lakin təəssüf ki,onların gəlişləri problemin həllinə əhəmiyyətli təsir etməyib.Əhəmiyyətli təsir dedikdə biz münaqişənin həll edilməsini və işğal edilmiş torpaqların azad edilməsini nəzərdə tuturuq”.- deyə Ə.Əhmədov dəqiqləşdirib.
Onun sözlərinə görə,bu məsələnin həll edilməsi üçün həmsədrlər birinci addım olaraq təcavüzkarı açıq şəkildə qeyd etməli və ondan işğal edilmiş torpaqların azad edilməsini tələb etməlidirlər.”Əgər belə addımlar atılmazsa vasitəçilərin sonrakı fəaliyyəti heç bir nəticə verməyəcək”.- deyə Ə.Əhmədov vurğulayıb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət